Gülyanaq canlı efirdə ağlayaraq qayınanasının önündə baş əydi - VİDEO

Gülyanaq canlı efirdə ağlayaraq qayınanasının önündə baş əydi - VİDEO
Video
Şou-biznes 1454

ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı xalq artisti Gülyanaq Məmmədova olub.

Xalq artisti qayınanasından danışarkən gözləri dolub:

“Mən də qayınanam kimi qayınana olmağı istəyirəm. Bilmirəm, bacaracammı? Baş əyirəm. Ana, səni sevirəm, sənin üçün ölərəm. Hər zaman bunu deyirdim. Bəzən deyirlər ki, yaxşı qayınana var? Nə tərifləyə-tərifləyə durursan? Sonradan tərifləmədim ki, onun tərifi mənim qəlbimdə olsun hər zaman.

Amma bu, həqiqətdir, gözəl insan sevilməyə layiqdir. O, bir anadır, qayınanadır, həm də mənim dostumdur. Bütün anaların qarşısında onun üçün baş əyirəm. Sonuncu dəfə onun yanında iyun ayında İstanbulda olmuşam. Doymadım. Hər dəfə hava limanında ağlaya-ağlaya ayrılırıq. Deyirəm ki, ana, mən istəyirəm ki, bu ömrü birlikdə yaşayaq.

Amma mənim sənətim bura ilə bağlıdır, o isə Türkiyədə öz hörmətini qazanıb. Ömür o qədər sürətlə gedir ki, nə o nəvələrindən doya bilir, nə də mən ondan doya bilirəm. Allah hamını mehriban etsin. Bütün anaları öpürəm”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər