Gövhər Həsənzadədən qızına: "Tanrının mənə verdiyi ən böyük mükafat sənsən"
Əməkdar artist Gövhər Həsənzadə qızı Nilgünlə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, o sosial şəbəkədə övladı ilə arxiv fotolarını yayıb.
Həsənzadə bununla da qızını yeni yaşı münasibəti ilə təbrik edib və onun ad gününü ilk dəfədir ki, ailəsindən uzaqda keçirdiyini qeyd edib.
Bəstəkar övladına daim sağlam və xoşbəxt olmağı arzu edib.
"Tanrının mənə verdiyi ən böyük dəyər və mükafat sənsən! Həyatda tutunacağım yeganə ümidim, mənə sonsuzadək güvənib haqlı sayanım, qürurum, dözümlüm, yeganə övladım Nilgününm!
Allahıma şükürlərim sonsuzdur ki, sənin kimi övladın valideynlik məsuliyyətini mənə nəsib etdi. Səndən çox razıyam, ağıllı və vəfalım. Doğum gününü ilk dəfədir ki, bizdən uzaqlarda keçirirsən, amma yenə də doğmalarımızın əhatəsindəsən. Səni nənən başda olmaqla, vətəndən və ailəlikcə təbrik edirik.
Allah sənə yazdığı taleyi maneəsiz, xəta-bəlasız və şərəflə yaşamağı nəsib etsin. Allah cəmi balaları və mənim canım qızımı daim xoşbəxt etsin!".
Oxşar xəbərlər
52 yaşlı aktrisa kamera qarşısında başını qırxdı
Rusiyalı aktrisa Yekaterina Volkova kamera qarşısında başını qırxıb. BAKU.WS xəbər verir ki, o bunu əməliyyat səbəbindən edib. Bu barədə Yekaterina şəxsi instaq...