Görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin evi necə qorunur? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Azərbaycan Tarixi Muzeyinə gələnlər buranı həm də böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin evi kimi ziyarət edirlər.
Muzeyin yerləşdiyi bina vaxtilə Azərbaycanın məşhur neft milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin (1838-1924) mülkü olub. Tağıyev ailəsi, yaxın qohumları ilə birlikdə bu üçmərtəbəli, yüksək memarlıq zövqü ilə inşa edilmiş binada 18 il yaşayıb. 1895-ci ildə təməli qoyulan binanın inşası 7 il davam edib. 101 otaqdan ibarət imarətdə Tağıyevin ailəsi xoşbəxt günlərini keçirib.
1920-ci ilin 28 aprelində Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra bir çox varlı insanların mal-mülkləri kimi, Tağıyevin evi də müsadirə olunub. Tanınmış xeyriyyəçi böyük arzularla inşa etdirdiyi mülkünü tərk edərək ömrünün son illərini Mərdəkandakı bağ evində yaşamalı olub.
"Report" vaxtilə Tağıyevin mülkü olmuş muzeydən hazırladığı süjeti təqdim edir:
Oxşar xəbərlər
Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür
Bu gün azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcıs...