“Gəl, gəl, a yaz günləri”nə yeni nəfəs verdi - VİDEO
21
mar
2024
14:00
Müğənni Dilarə Kazımova sevilən sənətçi Akif İslamzadənin “Gəl, gəl, a yaz günləri” mahnısını ifa edib.
BAKU.WS xəbər verir ki, o, “Hər zaman musiqi” verilişinin “Maska” şou heyətinə həsr edilən buraxılışında sözügedən nəğməyə yeni nəfəs qatıb, fərqli aranjimanda səsləndirib.
Mahnının aranjimanı Anar Keytarmana aiddir.
“Bu cür mahnılara zaman-zaman müraciət edirəm. Bu mahnını da çox sevirəm və nəhayət oxudum”, - deyə, Kazımova bildirib.
Qeyd edək ki, mahnının sözləri Mirzə Ələkbər Sabirə, musiqisi Rafiq Babayevə məxsusdur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...