"Əfsanə qayıdır" komediyasının yeni tizeri yayımlanıb - VİDEO

Əfsanə qayıdır komediyasının yeni tizeri yayımlanıb - VİDEO
Video
Şou-biznes 943
"Əfsanə qayıdır" filminin üçüncü tizeri yayımlanıb. BAKU.WS-in məlumatına görə, komediya filminin Nizami Kino Mərkəzində nümayişi davam etdirilir. "Əfsanə qayıdır" filmində baş rolları aktyorlar Fərda Amin, Nicat Rəhimov, əməkdar artistlər Dilarə Əliyeva, Elxan Yunis, aktrisa Ülfət Bəşir və başqaları canlandırırlar. Filmin rejissoru Emil Abdullayev, ssenari müəllifi isə Fariz Əliyevdir. Ssenariyə görə, bacısına cehiz almaq məqsədi ilə paytaxta fəhlə bazarına işləməyə gələn Baloğlan özü ilə gələcək yeznəsi Vəfanı da məcbur gətirir. Fəhlə bazarının əfsanə söhbətlərindən olan “qara cipli xala” nəhayət ki, bir gün gəlir və heç kimin gözləmədiyi halda məhs Baloğlanla Vəfanı aparır. Yeznə və qayını aparan Əfsanənin məqsədi heç də düşünüldüyü kimi deyil. Əfsanə ona xəyanət edən ərinin izlənməsini Baloğlanla Vəfaya tapşırır. Hər şey də bundan sonra başlayır... BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...

346 Dünya 14:37 28 oktyabr 2026

Son xəbərlər