Firəngiz Mütəllimovanın Şuşadakı evindən GÖRÜNTÜLƏR - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə yeni video paylaşıb.
BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında Şuşada ermənilər tərəfindən darmadağın edilən evinin görüntülərini yayımlayıb.
Xalq artisti paylaşdığı videoya bunları da əlavə edib:
"Şükür bu günə, Şuşama, torpağına, dağılmış evimizə, ağacları yox olan həyət bacamıza, yağan qarına... Evlər tikiləcək, inşallah, yenidən torpaqlarımıza qayıdacağıq. Hər fəslini doya-doya yaşayacağıq... Sən artıq azadsan, mənim müqəddəs Şuşam. Sənin həsrətində olan hər bir kəsə bu torpağa ayaq basmağı arzulayıram. Təki salamatlıq olsun.
Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə Allahdan şəfa diləyirəm. Ali Baş Komandanımıza, əsgərlərimizə, şanlı ordumuza "var olun" deyirəm şanlı tarixi bizə canlı yaşatdığınız üçün. Yaşasın müstəqil Azərbaycan!"
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...