Fidanı birinci etmək sizin əlinizdədir - Azərbaycana səs verin! (VİDEO)
23
noy
2018
19:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək “Uşaq Avroviziya-2018”də 20 ölkənin təmsilçisi birincilik uğrunda mübarizə aparacaq. BAKU.WS-in məlumatına görə, ölkəmizi bu mahnı müsabiqəsində “Sənin kimi olmaq” adlı mahnı ilə, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"nda yer alan Fidan Hüseynova təmsil edir. “Sənin kimi olmaq” - (“I wanna be like you”) adlanan mahnının müəllifi tanınmış bəstəkar İsa Məlikov və ifaçı Fidan Hüseynovadır, musiqinin söz yazarları isə Azərbaycan dilinə dair Aytən İsmixanova, İngilis dilində isə Elvira Miçiyevadır. “Uşaq Avroviziya” mahnı müsabiqəsinin yeni qaydalarına əsasən artıq hər ölkə öz təmsilçisinə səs vermək hüququna sahibdir. Belə ki, siz noyabr ayının 23-də saat 19:00-dan etibarən www.junioreurovision.tv və www.jesc.tv saytlarından Azərbaycana səs verərək təmsilçimizə dəstək ola bilərsiniz. 



Oxşar xəbərlər
Fidan Lukaşenko ilə görüşdü - VİDEO
Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə keçiriləcək “Junior Eurovision” müsabiqəsinin iştirakçıları ilə görüşüb. “Qafqazinfo” xəbər verir ki, onlar İstiq...