Fidan Axundova: "Psixoloji dəstək almağa başlamışam"
Yeniliklərdən dərhal xəbərdar olun
Aktrisa Fidan Axundova psixoloji dəstək almağa başlayıb.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu barədə aktrisa "Söz-baz" verilişində etiraf edib. F.Axundova aparacılığını etdiyi "O üz" verilişindən sonra çətinliklərlə üzləşdiyini bildirib:
"Son dönəmlər proqramdan sonra çətinliklərim oldu. Özümü psixoloji olaraq araşdırmağa, pəşəkar dəstək almağa başladım. Çətin idi, gecələr yata bilmirdim, həmin insanların sözləri yadıma düşürdü. O mənə əziyyət verirdi, özümü pis hiss edirdim.
Peşəkar dəstək aldıqdan sonra məlum oldu ki, duyğusal insanam. Sadəcə olaraq hisslərimi ürəyimdə basdırmağa çalışmışam. Psixoloq yanına getməyə başladım, gördüm ki, bu mənə yaxşı təsir edir".
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...