Fədayə Laçının oğlunun bu sözləri Mətanəti göz yaşlarına boğdu - VİDEO

Fədayə Laçının oğlunun bu sözləri Mətanəti göz yaşlarına boğdu - VİDEO
Video
Şou-biznes 1712
Bir müddət əvvəl azadlığa çıxan müğənni Fədayə Laçın və oğlu - qəzəlxan Əlhəm Dəşti ATV-də yayımlanan "Ən yaxşısı" verilişində qonaq olub. BAKU.WS xəbər verir ki, verilişin aparıcısı Mətanət Əliverdiyeva Əlhəm Dəştiyə "Ananın yanında olmadığı bu 2 ildə hansı hissləri keçirdin?" sualını ünvanlayıb. Əlhəm Dəşti bu suala cavabında iki ildir yaşamadığını söyləyib: "Anam həbsdən çıxandan sonra onu qucaqladım və o an başa düşdüm ki, iki ildir yaşamıram. Mən bunun icmalını belə izah edə bilərəm. Yenidən dünyaya gəldim".Aparıcı Mətanət Əliverdiyeva bu cavab qarşısında kövrəlib və göz yaşlarını saxlaya bilməyib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər