Aparıcı Mətanət ağır əməliyyat keçirdi - FOTOLAR

01
avq
2018
11:57
Aparıcı Mətanət Əliverdiyeva ATV-də yayımlanan "10-dan sonra" verilişin qonağı olub. BAKU.WS xəbər verir ki, veriliş ərzində rəqs etməyən aparıcının sirrini əməkdar artist Mətanət İsgəndərli açıb. Müğənni canlı efirdə aparıcının əməliyyat olunduğunu deyib. M. Əliverdiyeva isə öz növbəsində deyilənləri belə təsdiqləyib: "Bəli, yırtıqdan əməliyyat olunmuşam". Bundan əlavə, M. Əliverdiyeva yenicə əməliyyat olunan əməkdar artist Tünzalə Əliyeva da şəfa diləyib. Qeyd edək ki, Mətanət Əliverdiyeva ATV-də "Zarafat-zarafat", "5 gəlin" verilişlərinə aparıcılıq edir, həmçinin "Qız atası" serialında Nəzakət obrazını canlandırır. BAKU.WS



Oxşar xəbərlər
Efirdə Pərvin Abıyevaya "Porshe" hədiyyə edildi - VİDEO
Mətanət Əliverdiyeva efirdə Pərvin Abıyevaya oyuncaq "Porshe" hədiyyə edib. BAKU.WS xəbər verir ki, Əliverdiyeva aparıcısı olduğu "Zarafat-zarafat" verilişində...