Fədayə Laçın yetim uşağa analıq edib - FOTO
03
noy
2017
11:00
Bir neçə gündür "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsdən qaçmasına köməklik etməsində təqsirləndirilərək həbs edilən Fədaylə Laçın haqqında söz-söhbətlər səngimək bilmir. Əksər insanlar onu qınasa da, bir çoxları müğənniyə haqq da qazandırırlar.BAKU.WSmilli.az-a istinadən xəbər verir ki, Fədayə Laçın haqda daha bir məlumatı əldə edib. Belə ki, məşhur oğlu ilə yanaşı bir uşağa da analıq edib. Milli.Az-ın əldə etdiyi məlumata görə anasını erkən itirən həmin oğlan Fədayə Laçının oğlu Əlhəmin uşaqlıq dostu olub. Müğənni müsahibələrində bu haqda danışmağı xoşlamasa da məlumatı elə bir neçə ay öncə Milli.Az-a vermişdi:"Bəli, Əlhəmin dostudur, mənim də balamdır. Əslində, bunları danışmağı xoşlamıram. O oğlumu evləndirmişəm, bu günlərdə nənə olacağam. O, məndən ayrı yaşasa da, bir əli üstümdədir. Bilir ki, mən yemək yeməmişəm, gətirib yeməyi qoyur yanıma ki, durub yeyim. Uşaqlığından mənim himayəmdə böyüyüb. Onu heç bir vaxt oğlumdan ayırmadım".Qeyd edək ki, müğənninin oğlu Əlhəm qəzəlxandır.BAKU.WS
Oxşar xəbərlər
Fədayə Laçının “Qoca”yla səmimi görüntüləri yayıldı (VİDEO)
Həbs olunan müğənni Fədayə Laçının yeni videosu yayılıb. BAKU.WS-in məlumatına görə, müğənni yayılan videosunda "Qoca" ləqəbli Etibar Məmmədova mahnı oxuyur. Vi...