Faiq Ağayev Pərvin haqqında: "Adama gəl-gəl edən enerjisi var" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Faiq Ağayev sevənlərinə yeni təqdim etdiyi "Yalan deyir..." klipindən danışıb.
BAKU.WS xəbər verir ki, "Günün sədası" verilişinə qonaq olan ifaçı ekran işində tərəf müqabilinin aktrisa Pərvin Abıyeva olduğunu deyib.
Ağayev məşhura xeyli tərif yağdırıb. Sənətçi Abıyevanın çox peşəkar və işinə məsuliyyətlə yanaşan biri olduğunu qeyd edib:
""Yalan deyir..." adlı klipimdə baş rolda mənimlə aktrisa Pərvin Abıyeva çəkildi. Çox gözəl aktrisadır. Onunla çəkiliş meydanında işləyəndən sonra anladım ki, Pərvin işinə çox ciddi yanaşan biridir. Pərvinin özünəməxsus, adama gəl-gəl edən enerjisi var".
Ətraflı videoda:
Oxşar xəbərlər
Bakıda 200 min AZN-lik film təqdim olundu - FOTO/VİDEO
Ötən gün Bakıda "HOZU cangüdən" filminin təqdimat mərasimi baş tutub. BAKU.WS xəbər verir ki, mətbuata açıq təşkil edilən qalada ekran işində rol alan aktyorla...