Faiq Ağayev: "İlk dəfə 4 yaşımda öpüşmüşəm"
05
yan
2018
15:23
Xalq artisti Faiq Ağayev "Klip+" verilişinə maraqlı açıqlamalar verib.BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, müğənni aparıcının "Kliplərində intim səhnələr olan Faiq Ağayev həyatının intimindən danışmağı sevir? İlk öpüşünüzü xatırlayırsınız" sualına belə cavab verib:"Hər zaman ancaq sənətdən danışıram. Ev, ailə, şəxsi həyat mənə aiddir. Bu barədə Azərbaycanda danışmaq düzgün deyil. Evdəkilər deyir ki, 4 yaşımda qohumlardan bir qızı öpüb, evlənməyə söz vermişdim. Məndən əvvəl onu aldılar, indi gözəl ailəsi var. Qıza görə burnumu sındırıblar. Elə əməliyyat etdirməyimin də səbəbi o idi. Sinif yoldaşımın qohumları Kanadadan ona qolbağ göndərmişdi. Qızla eyni partada otururduq, səmimi idik. Qolbağını mənim qoluma taxmışdı. Bir gün dərsdən sonra o qızı istəyən başqa sinif yoldaşımla dava etdik. O mənim burnumu, mən onun çənəsini sındırdım".BAKU.WS
Oxşar xəbərlər
Faiq Ağayevin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunan konsert keçirilib
Dekabrın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Xalq Artisti Faiq Ağayevin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunan konsert proqramı tə...