Erməni müğənni "Maral" mahnısını oxudu, Nadir əsəbiləşdi : "Dana girsin, gözünə" (VİDEO)

25
yan
2018
10:52
Erməni müğənni Artur Mejlumyan azərbaycanlı müğənninin mahnısını ifa edib. BAKU.WS-in məlumatına görə, erməni ifaçı Nadir Qafarzadənin "Maral" mahnısını erməni dilinə tərcümə edib. Məclislərdən birində həmin mahnını oxuyan müğənni daha sonra videosunu şəxsi Instagram hesabında paylaşıb. Video erməni səhifələrində sürətlə yayılıb və böyük marağa səbəb olub. Azərbaycan mədəniyyətindən daim bəhrələnən ermənilər bu dəfə də ənənələrinə sadiq qalaraq musiqimizi olduğu kimi götürüb. Daha çox türk, Azərbaycan və gürcü incəsənəti əsasında formalaşan erməni incəsənəti daha bir musiqi "qazanıb". Nadir Qafarzadə də Instagram-da həmin videonu paylaşıb və bunları yazıb: "Oğrular! Özlərinin heç nəyi yoxdur ki, yazıqların! Dana girsin, gözünə". NazimBAKU.WS

Oxşar xəbərlər
Erməni bloger həyat yoldaşı ilə azərbaycanlı müğənninin mahnısını belə oxudu (VİDEO)
Tanınmış erməni bloger Tamaz Avdalyan İnstagram səhifəsində azərbaycanlı ifaçının mahnısını oxumasını əks etdirən video paylaşıb. BAKU.WS-in məlumatına görə, h...