Əri Safuranın adını qoluna yazdırıb - FOTO

Avroviziya təmsilçilərimizdən olan Safura Əliyeva istirahətə yollanıb.
BAKU.WS xəbər verir ki, hazırda sənətçi həyat yoldaşı Fərhad Əliyev və uşaqları ilə birlikdə turizm mərkəzlərindən birində istirahət edir.
“Instagram”dan aktiv istifadə edən ifaçı lentə alınan fotolarını tez-tez izləyiciləri ilə bölüşür.
Onun sonuncu paylaşdığı şəkil müzakirələrə səbəb olub. “Instagram”ının hekayə bölümündə yayımladığı fotodan ərinin Safuranın adını qoluna həkk etdirdiyi məlum olub.
Bu foto sosial şəbəkə istifadəçilərində böyük maraq yaradıb.
Xatırladaq ki, sənətçi mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir.
Cütlüyün bu evlilikdən iki oğul, bir qız övladı var.
Qalereya

Oxşar xəbərlər
Məşhurların Avroviziya şərhi: “Həmin gün Samirənin günü deyildi”
Bu il Niderlandın Rotterdam şəhərində keçirilən 65-ci “Avroviziya” Mahnı Müsabiqəsində təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə 65 xal qazanaraq 20-ci...