Entoni Hopkins 88 yaşında ilk sinqlını təqdim etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur aktyor Entoni Hopkins musiqi dünyasına addım atıb.
BAKU.WS xəbər verir ki, o istedadlı bir bəstəkar kimi musiqi sahəsindəki uğurlarını rəsmiləşdirib.
88 yaşlı Entoni dünyaca məşhur musiqi şirkəti "Decca Classics" ilə müqavilə imzalayıb.
Bununla da, Hopkins Son 60 il ərzində qələmə aldığı orkestr əsərlərini dinləyicilərin ixtiyarına buraxacaq.
Hopkins bu tarixi addımı çərçivəsində ilk sinqlını da artıq təqdim edib.
"Həyat bir xəyaldır" adlı yeni alboma Qustavo Dudamel dirijorluq edəcək və Filarmoniya Orkestri ifa edəcək.
Bu gün çıxan ilk sinql "Bracken Road" da alboma əlavə olunub.
Onun bəstəkar kimi imza atdığı əsərlər kolleksiyasının yaxın zamanda geniş ictimaiyyətə təqdim olunması gözlənilir.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...