Ən çox xəyanət edən bürclər
Yeniliklərdən dərhal xəbərdar olun
Astrologiyada bəzi bürc təmsilçilərinin partnyorunu aldatmaq ehtimalları digərlərinə nisbətən yüksək qiymətləndirilir.
BAKU.WS sfera.az-a istinadən həmin bürclərlə bağlı məlumatı təqdim edir.
Əkizlər bürcü - Partnyorlarını aldatmağa ən çox meyilli olan bürclərdəndir. Daim qərarsızlıq içində yaşayan bu bürcün ağlı həmişə başqa yerlərdə olur. Əgər əkizlərin enerjisini yüksəldə bilmirsinizsə və o, daha sizinlə əylənə bilmirsə, sizə xəyanət edəcək.
Qoç bürcü - Aldadan bürclər arasında ikinci yeri tuturlar. Bu bürc impulsiv olduğu üçün xəyanətə meyillidir. Düşünmədən hərəkət edirlər, məhz buna görə də aldatma səbəbini "anlıq səhv" kimi izah edirlər. Onlar daim dəyişikliyə ehtiyac duyurlar və hər bir hərəkətlərinin təqdir edilməsini istəyirlər.
Balıqlar bürcü - Duygusallığı ilə seçilən bu bürc gözlənilməz addımlar ata bilər. Onlar münasibətlərində sahib olduqlarına tamamilə zidd olan şeyləri axtarmağa meyillidirlər. Bu isə onları romantik münasibətlərdə vəfasız edə bilər.
Oxatan bürcü - Təbiətcə ekstravert olan oxatanlar alov qrupuna aiddir. Onlar asılılıq yaradan ünsiyyətdən çəkinirlər. Oxatanları münasibətə bağlamaq çox çətindir. Bu bürcün nümayəndələri aşiq olmaqda çətinlik çəkir, amma həqiqi sevgini tapanda haqqını da artıqlaması ilə verə bilir.
Oxşar xəbərlər
Onlar bir yerdə dünyanı desən fəth edərlər - Bürclər və ruh əkizləri
Astroloqların fikrincə, iki fərqli bürcün ruh əkizi olduğunu başa düşməyin bir neçə yolu var. Məsələn, adətən bir-birinə əks xarakterlərdə olan zodiak nümayəndə...