Emin Ağalarovun bu addımı anası İrina Ağalarovanı təsirləndirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Emin Ağalarov anası İrina Ağalarova ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçinin izləyiciləri ilə bölüşdüyü görüntülərdə səhnədən anasına təşəkkür etdiyi kadrlar əks olunub.
İfaçı anasının həmişə ona dəstək olduğunu bildirərək minnətdarlıq edib.
Həmin vaxt İrina Ağalarova təsirli anlar yaşayıb.
Müğənni daha sonra anasının ən çox sevdiyi ifasını səsləndirib.
"Gözəl anam, həyatımın müxtəlif dövrlərində həmişə yanımdadır. Mən səni sonsuz sevgi ilə sevirəm və qiymətləndirirəm. Yeri gəlmişkən, anamın yeni "Give Me Back the Music" albomunda ən çox sevdiyi mahnı var" - deyə, Ağalarov qeyd edib.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...