Emin Ağalarov: "Dayan, getməyə tələsmə, hələ bu anı yaşamamışam" - VİDEO

Xalq artisti Emin Ağalarov pərəstişkarlarını sevindirib.
BAKU.WS xəbər verir ki, sənətçi rus dilində ifa etdiyi "Əks tərəfdə" adlı yeni mahnısını sevənlərinin ixtiyarına verib.
Ağalarov bu haqda sosial şəbəkə hesabında bildirib. O, "Bu ən vacib şey haqqında yeni hekayəmizdir. Dinləyin və bizimlə təəssüratlarınızı bölüşün" sözlərini yazaraq ifasının qısa versiyasını instaqram hesabında yayımlayıb.
Kompozisiyanın söz və musiqisi Konstantin Nonikova addir. İfanın bütöv versiyası Xalq artistinin şəxsi yutub kanalına yerləşdirilib.
Musiqisevərlər mahnını bütün musiqi platformalarından dinləyə bilər.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...
