Əməkdar artistdən qayınanasına sevgi etirafı: "Əvvəllər sən mənim qaynanam idin..." - VİDEO
19
avq
2019
13:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Aybəniz Haşımova qayınanası Aynişan xanımın doğum günündən görüntülər paylaşaraq ona ürək sözlərini ünvanlayıb.BAKU.WS xəbər verir ki, əməkdar artist qayınanasına sevgisini bu sözlərlə etiraf edib:"Əvvəllər sən mənim qaynanam idin, indi isə qızımsan. Sən güləndə nə qədər xoşdur! Sən həmişə gül ki, göylər də gülsün. Allah övladlarını sənə, səni də övladlarına çox görməsin, əzizimiz!Hərdən mənə deyirlər, siz qayınananızı nə qədər çox sevirsiniz?! Cavab verirəm ki, onun ailədə vəzifəsi indi daha böyükdür. Çünki o, mənim varım-yoxum, bircə balamın nənəsidir! Əmanətimin əmanətidir! Onu necə sevməmək olar?! Bir daha doğum gününü ürəkdən təbrik edirəm! Allah sənə bolluca nəticə, kötücə görməyi nəsib etsin! Allah sənə can sağlığı, uzun ömür versin, mənim mələyim!"Qeyd edək ki, A.Haşımovanın yeganə övladının atası Xalid Quliyev 26 il əvvəl Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Atasının vəfatından sonra doğulan qızına qayınanası Aynişan xanımın adını verib. Aynişan Quliyeva nənəsi ilə eyni adı və soyadı daşıyır.Aysel
Oxşar xəbərlər
Əməkdar artist: "Yox, yox, mənim qızım var, ərə getmək istəmirəm" - VİDEO
Əməkdar artist Nahidə Orucova nənə olmaq arzusunu dilə gətirib. BAKU.WS xəbər verir ki, "Hər şey daxil" verilişinin qonağı olan aktrisa doğum günündə arzusunu a...