Əməkdar artist şəhid həyat yoldaşının qəbrini ziyarət etdi - VİDEO

Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi I Qarabağ müharibəsi zamanı şəhid olan həyat yoldaşı Xalid Quliyevin qəbrini ziyarət edib.
İfaçı məzarlıqdan lentə alınan görüntüləri şəxsi instaqram hesabında yayımlayıb. Haşımova paylaşımına bu sözləri də yazıb:
“Bu dərdi yaxından tanıyıram. Hər şeyi bu günkü kimi xatırlayıram. Ağlıma belə gəlməzdi ki, şəhid adlı göy üzü boyda bir dərd olarmış... Daşı, divarı, bumbuz yatağa dönən məzar döşəyi, gecə-gündüz evindən, eşiyindən nigaran qalan ağlayan şəhid gözləri...
O, gözlər ki, çox gənc, həyat dolu, ümidləri, arzuları yarı yolda qalan son sözünü “səni sevirəm” kəlməsini deyə bilmədən gözlərini bu dünyaya əbədi yumdular.
Ölüm də belə qüdrətli, cəsur, igidlik, mərdlik, kişilik dastanı yazarmış? Əslində sözüm bitib, yorulmuşam, öz dərdim məni daşa döndərmişdi”.
Qeyd edək ki, Əməkdar artistin həyat yoldaşı Xalid Əliyev 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...