Əməkdar artist: “Səyavuşun oğlunu zibil qutularının yanında ölümcül halda tapdılar” – VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
ARB TV-nin “Elgizlə İzlə” verilişinin növbəti qonağı əməkdar artist Kübra Əliyeva olub.
Aktrisa Səyavuş və Ofeliya Alsanın küçədə yaşayan oğulları haqqında maraqlı faktı açıqlayıb:
“Səyavuş da, Ofeliya da qızıl sevən idi. Dünyanın harasına getsə, çoxlu qızıl alıb gətirərdi. Evlərində seyf vardı. Pullarını orada saxlayardılar. Bir gün teartda tamaşamız vardı. Səhnəyə çıxmağımıza az qalmışdı.
Səyavuş qəfil otağıma girib maşınımın açarlarını alıb çıxdı. Dedi ki, oğlum maşınımın açarlarını götürüb getdi. Çingiz evdəki seyfi açıb oradakı qızılları, pulları götürmüşdü. Çingiz uzun müddət yoxa çıxdı. Sonra “Kömürçü bazarı” deyilən yerdə zibil qutularının yanında onu ölümcül halda tapdılar.
Səyavuşun həyatını məhv etdi. Pis vərdişi olan insanların ölümü haqdır. Çünki belə adamlar ailənin nüfuzunu, şərəfini, qeyrətini heç edirlər. Çingiz, sənin ayıbını ancaq qara torpaq örtər. Belə adamları ölüm də aparmır”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...