Əməkdar artist qızı ilə nəvəsinin görüntülərini paylaşdı - FOTO

22
yan
2022
14:15
Əməkdar artist Elza Seyidcahan nəvəsi ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında qızı Gülşənin övladı Səmərruxun fotolarını yayımlayıb. Şəkillər yeni il fotosessiyası zamanı lentə alınıb. Fotolarda ifaçının qızı Gülşən də yer alıb.
Əməkdar artistin nəvəsi ilə bağlı paylaşımı instaqram izləyiciləri tərəfindən çox bəyənilib. Onun nəvəsinin görüntülərinə qısa müddətdə çoxsayı bəyənmə gəlib.
Qeyd edək ki, Elza Seyidcahanın qızı Gülşən Elxan Alisatovla evlidir. Cütlüyün bir qız övladı var.
Qalereya
Oxşar xəbərlər
Məşhurların həftəsonu istirahətləri - FOTO
Şou-biznes nümayəndələri sosial şəbəkədə keçirdikləri həftəsonu ilə bağlı paylaşımlar ediblər. BAKU.WS xəbər verir ki, onlar “Instagram” hesablarında istirahətl...
