Əməkdar artist: “Atamı şərlədirlər, iki il yarım həbsdə qaldı” - VİDEO
21
sen
2019
11:17
"Atam həbs olunanda çətin günlər yaşadıq. 1886-88-ci ildə atam həbsdə oldu, ona şər atmışdılar. Təbii ki, sonradan bəraət verdilər". BAKU.WS xəbər verir ki, bu sözləri əməkdar artist Sevda Ələkbərzadə Murad Arifin
" rel="external noopener noreferrer">"Popumuz var” layihəsində deyib. O, atası - yazıçı Çingiz Ələkbərzadənin həbsi üzündən maddi çətinliklər yaşadığını dilə gətirib:"Azadlığa çıxandan sonra da maddi olaraq çətin anlar yaşadıq. Həmin vaxtda ikinci sinifdə oxuyurdum. Hər şeyi çox gözəl dərk edirdim, gecələri ağlayırdım. Nənəm bütün günü ağlayırdı. Bizdən gizlədə bilməzdilər. Həbsxananın qapısında saatlarla gözləmişik, onunla görüşmüşük. Atamla qürur duyuram. Amma həbsxana onun yeri deyildi. Çünki azadlığı sevən biri idi. Birdən-birdə böhtan atılır və iki il yarım həyatından gedir. İndi isə ana-atamın hər şeyini saxlayıram. Əşyalarını heç kimə verə bilmərəm"."Popumuz var" Youtube verilişinin Sevda Ələkbərzadə ilə buraxılışının tam versiyasını bu linkdən izləyə bilərsiz:
Oxşar xəbərlər
"Fahişə mənim üçün əxlaqsız deyil. Öz bədənidir, özü bilər..." - VİDEO
"Mənə görə əxlaqlı adam dürüst adamdır. Adam rüşvət alırsa, yalan danışırsa əxlaqlı deyil". BAKU.WS xəbər verir ki, bu sözləri Murad Arifin "Popumuz var" layihə...