Elzadan daha bir şok addım: Başında böyük çələnglə səhnəyə çıxdı (FOTO)

Elzadan daha bir şok addım: Başında böyük çələnglə səhnəyə çıxdı (FOTO)
Şou-biznes 1641

Əməkdar artist Elza Seyidcahan yenə diqqətləri öz üzərinə çəkə bilib.

BAKU.WS xəbər verir ki, bəstəkar-müğənni bu dəfə daha bir fərqli baş geyimində "Mən küləyin gəliniyəm” adlı konsert proqramında görünüb.

Başında olduqca böyük gül çələngi olan E.Seyidcahan bildirib ki, belə bir ağırlıqla səhnədə hərkət etmək, oxumaq heç də çətin deyil.

"Hələ qədim zamanlardan Azərbaycan qadınları körpələrini bellərinə şəlləyərdilər, başlarında isə böyük teşt gəzərdilər. Yəni bu adət bizdə hələ keçmişdən var. Onu da deyim ki, bu konsertim üçün çiçəklərdən fərqli geyim hazırlanmışdı. Güllərin xarab olmaması üçün soyuducuya qoymuşduq. Soyuducu xarab olduğu üçün libasım zay oldu. Lakin saçıma taxdığım gül çələngi qalıb. Son vaxtlar fərqli papaqlara və saç aksessuarlarına üstünlük verirəm. Papaqlarımın həcmi günü- gündən böyüyür. Fransada tarixən zəngin ailələrdə kişilərin papaqlarının böyüklüyü işlərinin dəyərindən xəbər verirdi. Papaq qədim zamandan bizim kişilər üçün vacib olub. Mən də istəyirəm, papağın, saqqalın dəyərini indiki gənclər yaxşı bilsin”, - deyə E.Seyidcahan deyib.

İfaçı yazdığı şeirlərin tənqid olunmasına da münasibət bildirib: 

"Uşaqlıqdan şeir yazıram. Bəziləri elə bilir ki, bunu gündəmdə qalmaq, qeyri-adilik yaratmaq üçün edirəm. Bu, belə deyil. Yaradıcılığımı duyanlar mənim şeirimi anlayır. Bir dəfə yol ilə gedirdim, bir qadın yaxınlaşdı ki, sizin "Əşyalar” şeiriniz məni ağladır. O sözdən sonra hönkür-hönkür ağladım. O gündən əşyalarımın qədrini bilirəm. Bəzi şair və şairəciklər mənim şeirlərimə başqa rəng qatır. Mən onların fikirlərinə əhəmiyyət vermirəm. Bacardığım qədər şeir yazmağa davam edəcəyəm”.

E.Seyidcahan "Ağ çiçəyim” mahnısı ilə konserti açıq elan edib və ard-arda sevilən mahnılarını ifa edib.

Qeyd edək ki, gecədə rəssam Ömər Eldarov, xalq artisti Məleykə Əsədova, əməkdar artist Hüsniyyə Mürvətova, müğənni Elton Hüseynəliyev, prodüser Toma, stilist Samir Əliyev və başqaları qonaq qismində iştirak edib.

Aytən.H

Foto: Fuad Ələsgərov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər