Elza Seyidcahandan oğlu Əkbərə: "Konvert"də pulu göndər..." - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Uzun müddətdir şəxsi probleminə görə borc pul toplayan Əməkdar artist Elza Seyidcahan oğlu Əkbərə şərt qoyub.
BAKU.WS xəbər verir ki, sənətçi “Səni axtarıram” verilişində qonaq olan zaman aparıcı Xoşqədəm Hidayətqızı bəstəkarın oğlunun onun efiri tərk etməsini istədiyini deyib:
“Oğlunuz deyir ki, efirdən çıxsın, qalan məbləği özü ödəyəcək”.
Seyidcahan isə oğlunun sözünə hörmət etdiyini desə də, efiri tərk etməyəcəyini bildirib:
“Oğlumun sözünə hörmətlə yanaşıram. Hər zaman məni verilişə dəvət edirsiniz, bura evim kimidir. Əvvəlcə bura gələndə bəzi insanlar oğlumla bağlı eyham vurdular. Amma həmin insanların övladları utansın ki, valideynləri elə söz danışır. Allaha şükür mənim oğlum xalqın içərisindədir. Hamı deyir ki, halal olsun, belə oğlun var. Oğluma deyirəm ki, bir sənət dostu kimi "Konvert"də pulu göndərsin, az məbləğ qalıb. Mənə onun maşınını satıb pul verməyi lazım deyil. Hələ ki, buradayam”.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...