Elza Seyidcahan: “Allah məni o gündən saxlasın ki, birmənalı qarşılanım”
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Elza Seyidcahan karyerası ilə bağlı maraqlı açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, “Söhbət musiqidən gedir” proqramına qonaq olan ifaçı onu tənqid edənlərə və birmənalı qarşılamayanlara münasibət bildirib. İfaçı onun sənətinə və stilinə səsləndirilən tənqidləri normal qarşıladığını deyib:
“Allah məni o gündən saxlasın ki, mən birmənalı qarşılanım. Yaradıcı insan üçün bu, o deməkdir ki, artıq tükənib... Allah yeri, göyü, kainatı yaradıb. Sadəcə insanları yaradıcı yaradıb. Biz yaradıcıyıq, yaradıcılıqla məşğuluq. Əgər şeirlərim müzakirə olunmur, sabah da müzakirə olunmayacaqsa, onda mən niyə yazıram daha... Hərdən məndən soruşurlar ki, siz niyə yeni mahnılar yazmırsınız? Çünki mənim öz yaradıcılığım özümə rəqibdir. Şeirlərim, musiqilərim, geyimim, stilim... Yəni əgər bu gün bir mahnım çıxırsa, sabah o birisi onu üstələyir. 20-25 il əvvəl yazılan mahnılarım hələ də dinlənilir”.
Oxşar xəbərlər
Tahir İmanov: "Prezident dedi ki, Murad Səmayə xalanı oynasa mütləq gələrəm"
Cənab Prezident olmasaydı, Mehriban xanım olmasaydı bu gün Azərbaycan mədəniyyətinin inkişafından danışmaq olmazdıƏməkdar artist, "Planet Parni iz Baku" KVN tea...