Elton bunun üçün 10 min dollar istədi
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Elton Hüseynəliyev Türkiyədə konsert verəcək.
Bu haqda sənətçinin həyat yoldaşı Tamilla Hüseynəliyeva BAKU.WS-ə müsahibəsi zamanı bildirib. O, həyat yoldaşının musiqili proqram qarşılığında 10 min dollar qonorar tələb etdiyini deyib:
“Eltona Türkiyədə konsert vermək təklifi gəlib. Qonorar 10 min dollar olacaq. Bizim də bir sıra başqa şərtlərimiz var. Ona görə də təşkilatçılar da bizim şərtləri dəyərləndirirlər. İstədiklərimiz qəbul edildiyi halda Elton da razılaşacaq. Konsert dekabrın 23-nə nəzərdə tutulur.
Bundan başqa Elton Azərbaycandakı hər bir verilişə öz ansamblı ilə gedir. Bəzi verilişlər olub ki, hətta onu qonorarla çağırıblar. Amma o proqram Eltonun konsepsiyasına uyğun olmadığına görə getməyib”.
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...