Elşən Binəqədi Vüqar Biləcəri haqqında nə danışdı? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur “Lotular” mahnısının ifaçısı Elşən Binəqədi küçədə yaşayır.
Bu barədə BAKU.TV-də yayımlanan “Arzunun vaxtı” verilişində məlumat verilib.
17 il həbsdə olan meyxanaçı artıq üç ildir ki, küçədə qalır.
Elşən Binəqədinin sözlərinə görə, içki düşkünü olandan sonra həyatı dəyişməyə başlayıb. İndi isə plastik qablar, dəmir yığıb satmaqla çörəkpulu qazanır.
O, mərhum meyxanaçı Vüqar Biləcəri ilə bağlı xatirələrini də bölüşüb:
“Ölməmişdən 3-4 ay əvvəl maşınla gedirdik. Füzuli meydanından keçəndə düşdük, şairin ruhuna Yasin oxuyub, baş əydi. Ona dedilər ki, ay Vüqar, daşa baş əyirsən? Vüqar dedi ki, onun sənətinin qabağında baş əyirəm”.
E.Binəqədi mərhum meyxanaçının məzarını tez-tez ziyarət etdiyini deyib.
Ətraflı verilişi təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...