Elşad Xose xanımı ilə Zamiqin oğlunun kiçik toyunda - FOTO/VİDEO

Elşad Xose xanımı ilə Zamiqin oğlunun kiçik toyunda - FOTO/VİDEO
Foto Video
Şou-biznes 1088

Ötən gün müğənni Zamiq Hüseynovun oğlunun kiçik toyuna qatılan məşhurlar arasında repçi Elşad Xose də olub.

BAKU.WS xəbər verir ki, yaxın dostunun övladının şad gününə təşrif buyuran Elşadın yanında xanımı Lətifə də olub.

Xose toyda həm oxuyub, həm də rəqs edib. Repçi kətan üzərində yağlı boya ilə Zamiqin oğlu Zeynin portretini çəkib və əl işini hədiyyə olaraq Zamiqə təqdim edib.

Qeyd edək ki, Elşad ötən ilin dekabrında sadə nikah mərasimi ilə ikinci dəfə ailə həyatı qurub. O, 2012-ci ildə isə rəqqasə Oksana Rəsulova ilə evlənib. Lakin cütlük 6 ay sonra boşanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər