Elnarə Xəlilovanın həyat yoldaşı təltif edilib - FOTO

Müğənni Elnarə Xəlilovanın həyat yoldaşı Rövşən Cahangirov prezident İlham Əliyevin sərəncamı ilə təltif edilib.
BAKU.WS xəbər verir ki, sənətçinin həyat yoldaşı “Cəbrayılın azad olunmasına görə” medalına layiq görülüb. Bu haqda Elnarə şəxsi “Instagram” hesabında məlumat verib.
İfaçı medalın fotosunu paylaşaraq “Ömür-gün yoldaşım, səni təbrik edirəm” şərhi ilə həyat yoldaşını təbrik edib.
Qeyd edək ki, ötən gün prezident İlham Əliyevin sərəncamı ilə təltif edilənlər arasında şair Nüsrət Kəsəmənlinin nəvəsi Cavidan Kəsəmənli də var.
O, “Cəbrayıl və Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qalereya
Oxşar xəbərlər
Tanınmışlar 20 yaşında - FOTO
Son zamanlar “20 yaş challenge”i sosial medianın populyar axınlarından birinə çevrilib. Bir çox yerli və xarici məşhurlar sosial şəbəkə hesablarında 20 yaşında...
