Elnarə Xəlilova ərindən yazdı: “Sənin xəbərlərin “BBC”, “Əl-Cazirə” kimi... ” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Elnarə Xəlilova sosial şəbəkədə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında həyat yoldaşı, jurnalist Rövşən Cahangirovu ad günü münasibətilə təbrik edib.
Xəlilova həyat yoldaşının materiallarından birini yayımlayaraq bu sözləri əlavə edib:
“Zər qədrini zərgər bilər. Kim də bilməsə, mən bilirəm ki, hərbi təlimləri çəkməkdə sənə alternativ yoxdur. Hələ bu mövzuda ekranlaşdırdığın klipləri demirəm.
Sənin müharibə vaxtı çəkdiyin xəbərlər dünyanın “CNN”, “BBC”, “Əl-Cazirə” kimi aparıcı kanallarında nümayiş olundu. Bu gün doğum günündür. Amma yenə də dincəlmirsən və iş başındasan. Allah sənə bütün maneələri dəf etməkdə güc-qüvvət versin. Yeni yaşın mübarək”.
Qeyd edək ki, Elnarə ilə Rövşənin 4 övladı var.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...