Əlikram Bayramov bu evinə 400 min AZN xərcləyib - FOTO/VİDEO

Müğənni Əlikram Bayramov "Həmin Zaur" verilişində bahalı daşınmaz əmlakından danışıb.
BAKU.WS xəbər verir ki, aparıcı Zaur Kamal Əlikramın 6 evi olduğunu, sonuncunu isə doğulduğu Biləsuvar rayonunda inşa etdirdiyini bildirib. Dəbdəbəli evi ilə bağlı açıqlama verən Bayramov malikanəsi üçün 400 min AZN xərclədiyini bildirib:
"Gözə gəlmişəm. O ev dostumun layihəsi əsasında hazırlanıb. Bəzi sənət dostlarımız var ki, bu haqda danışmağa çəkinir... Heç kimin heç nəyini oğurlamamışam. Halal zəhmətimlə qazandığım pulla inşa etdirmişəm. Atamın yurdudur, gözəlləşdirib abadlaşdırmışam. Nə vaxt istəsəniz, qonağım ola bilərsiniz".

Oxşar xəbərlər
Əlikram Bayramov dəbdəbəli bağ evini nümayiş etdirdi - FOTO/VİDEO
Müğənni Əlikram Bayramov bahalı malikanəsi ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, aparıcı Zümrüd Qasımovanın “Dönə bilsəm” proqramına qonaq olan ifaçı geniş...
