Elgiz əsəbiləşdi: "Metroya minsələr zərləri tökülər" (FOTO)

Elgiz əsəbiləşdi: Metroya minsələr zərləri tökülər (FOTO)
Şou-biznes 2006

 

ANS-in aparıcısı Elgiz Əkbər tənqid olunub.

BAKU.WS məlumat verir ki, aparıcı metroda çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb. Onun bu addımı birmənalı qarşılanmayıb.

E.Əkbər bizimyol.info-ya açıqlamasında metrodan mütəmadi istifadə etdiyini bildirib: 

"Bizdə elə tanınmış adamlar var ki, onların maşını olmasa da, pul verib taksidən istifadə edir. Çünki, onlar özlərini sadə xalqdan üstün sayırlar. Kimsiniz siz? Xalqın içində olmaq lazımdır. Biz tanınmışlar daha çox xalqın içində olmalıyıq. Dünyada bir çox tanınmış simalar, hətta nazirlər, baş nazirlər də metrodan istifadə edir. Bizdə isə tanınmışlar özlərini göylə aparırlar. Bunlar metroya minməyi alçalmış kimi baxırlar. Fikirləşirlər ki, metroya minsələr zərləri tökülər".

BAKU.WS

Oxşar xəbərlər

Emin Ağalarov metroda - FOTO

Emin Ağalarov metroda - FOTO

Tanınmış bəstəkar-müğənni Emin Ağalarov metrodan fotosunu paylaşıb. BAKU.WS məlumat verir ki, müğənni Moskva metrosunda çəkilmiş fotosunu Instagram izləyicilə...

2492 Şou-biznes 00:48 29 aprel 2016

Son xəbərlər