Elgiz Əkbər müğənnilərə söz atdı: "Necə yondurub düzəltdirirlər o çanağı?"

Elgiz Əkbər müğənnilərə söz atdı: Necə yondurub düzəltdirirlər o çanağı?
Şou-biznes 196

Aparıcı Elgiz Əkbər qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, o, aparıcısı olduğu "Elgizlə izlə" proqramında plastik əməliyyatlardan danışaraq müğənnilərə söz atıb.

Elgiz sənət aləmindəki bəzi sənətçilərin sırf estetik əməliyyatlarla gündəmdə olduğunu bildirib:

“Şou-biznesdə 2-3 müğənni var ki, ancaq çanaq əməliyyatı ilə gündəmdə qalırlar. Bu əməliyyatlarından danışırlar. Çox qəribədir, necə yondurub düzəltdirirlər o çanağı?”

Bu zaman proqramda qonaq olan tanınmış plastik cərrahlardan biri bu əməliyyatı etdirmək istəyən xanımlara bədən ölçülərinə uyğun formada estetik əməliyyat etdirməyi məsləhət görüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər