Elgiz: "Dubaydan bir çanta pul gətirirdi, indi 1 qəpik pulu yoxdur" - VİDEO

Elgiz: Dubaydan bir çanta pul gətirirdi, indi 1 qəpik pulu yoxdur - VİDEO
Video
Şou-biznes 2777

"Dubaya oxumağa gedirdi. Yaxın rəfiqəsi mənə dedi ki, Samirə hər dəfə Dubaydan 1 çanta pul gətirirdi. İndi 1 qəpik pulu yoxdur".

BAKU.WS xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər meyxanaçı Samirə Yusifqızı barəsində söyləyib.

O, karantin müddətində toysuz qalan ifaçının hazırkı maddi durumunun çətin olduğunu qeyd edib:

"Bir çətən külfətə baxır. Uşaqları, övladları, nəvələri, hələ prodüseri də onun üstündədir. İndi toy yoxdur, deyirsən ki, pulum yoxdur. Dubaydan qazandığınız pulları kim yedi?"

S.Yusifqızı Elgizin sözlərini təsdiqləyib:

"Hər dəfə Dubaydan gələndə hər qohuma bir çanta hədiyyə gətirirdim. Sanki Hürrəm Sultan gəlirdi. Qazandığım pulları yığsaydım, indi qapımda iki təyyarəm vardı".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər