Ələkbər Yasamallı intihar edən bacısı oğlunu belə yad etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Meyxanaçı Ələkbər Yasamallı yanvanın 19-da intihar edən bacısı oğlu ilə bağlı yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, meyxanaçı bacısı oğlunun ölümündən 100 gün keçdiyini qeyd edərək öz acısını bu sözlərlə ifadə edib:
"Sənsiz 3 ay 10 gün. Şamxal, bu gün 100 gün oldu yanımda yoxsan. Gözüm qapıdadır ki, bəlkə, gələsən. Bu yüz gün ayrılıq cismani olar, ruhən qəlbimdəsən, elə eləsən. Bir dəfə qəlbimi qırmadın, belimi sındırdın, bunu biləsən. Mən bilirdim yaranmışlar qonaqdır. Atam öldü, qardaş öldü, mən qaldım. İnanmazdım, mən qalım, sən öləsən".
Xatırladaq ki, hərbi xidmətdən yeni qayıdan 21 yaşlı Niftəliyev Şamxal Təbriz oğlu Yasamalda yaşadıqları evdə kondisionerin dəmirindən özünü asmışdı.
Oxşar xəbərlər
Ələkbər Yasamallı intihar edən bacısı oğlu barədə ŞOK faktlar açdı - VİDEO
Meyxanaçı Ələkbər Yasamallı iki gün əvvəl intihar edən 21 yaşlı bacısı oğlu Şamxaldan danışıb. BAKU.WS xəbər verir ki, sənətçi "Şou ATV" verilişinə açıqlamasınd...