Ebru Şallı: "Məndən ölməyimi gözləməsinlər!" - FOTO/VİDEO

Ebru Şallı: Məndən ölməyimi gözləməsinlər! - FOTO/VİDEO
Foto Video
Şou-biznes 208

Türkiyəli model Ebru Şallı bir müddət əvvəl vəfat edən azyaşlı oğlu Parsdan danışıb.

BAKU.WS xəbər verir ki, o, verdiyi müsahibələrindən birində insanların daim onu qınaq obyektinə çevirməsindən bezdiyini bildirib. Model bu günə qədər bir çox psixoloji seanslardan keçdiyini və haqsız yerə tənqidlərə məruz qaldığını deyib:

"Psixoloji seanslarla ayaqda qalmağa çalışdım. Hər kəs gözləyirdi ki, Ebru Ponçiki(Pars) itirdi, artıq o da öləcək. Hər şey onların dediyi kimi olmayacaq. Heç kim məndən ölməyimi gözləməsin. Yaşadığım dərdi ancaq mən bilirəm. Bunun hesabını kiməsə vermək məcburiyyətində deyiləm".

Qeyd edək ki, məşhur modelin 8 yaşlı oğlu Pars 2020-ci ildə vəfat edib. O, təxminən bir il lenfoma xərçəngindən müalicə alıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər