Dürüstlüyü üstün tutan Xoşqədəm: "100 min təklif edildi" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Xoşqədəm Hidayətqızı etirafı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, o, aparıcısı olduğu "Səni axtarıram" verilişində illər əvvəl çalışdığı qəzetdə başına gələn hadisədən danışıb. Hidayətqızı iş yoldaşının əleyhinə getməsi üçün ona 100 min təklif edildiyini etiraf edib:
"Mənim üçün ən önəmli şey dürüstlükdür. Həyatımda heç vaxt xəyanət etmədim. Ac qaldım, susuz qaldım, amma xəyanət etmədim. Qəzetdə işlədiyim dövrlərdə mənimlə bərabər çalışan bir insanın əleyhinə gedim deyə 100 min təklif etdilər. 2000-ci illər idi. Evim də yox idi, amma qəbul etmədim. Mənim üçün dürüstlük hər şeydən önəmlidir. Onu pulla, yaxud başqa nəyləsə əldə etmək mümkün deyil”.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...