Dünyasını dəyişən Rafael Dadaşov son nəfəsində bunları dedi

Dünyasını dəyişən Rafael Dadaşov son nəfəsində bunları dedi
Şou-biznes 17306

Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, mərhumun qızı müğənni Səidə Dadaşova atasının son nəfəsdə hər kəsdən halallıq istədiyini bildirib:

“Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Dünyasını dəyişən zaman hamımızdan halallıq istədi”.

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.

Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Naxçıvanda doğulub. O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Rafael Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışırdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ciyərinə su yığılan Xalq artistinin yeni görüntüsü məyus etdi - FOTO

Ciyərinə su yığılan Xalq artistinin yeni görüntüsü məyus etdi - FOTO

Xalq artisti Rafael Dadaşovun sosial şəbəkədə yayılan yeni görüntüsü diqqət çəkib. BAKU.WS xəbər verir ki, tanınmış viner Elçin Xalq artistini evində ziyarət ed...

4749 Şou-biznes 14:05 14 yanvar 2020

Son xəbərlər