Dünyanı qorxudan xəbər - 10 ilə fəlakət olacaq
2025-ci ildə anomal istilərlə keçən qış və yüksək istilərlə müşahidə olunan yay mövsümü adi hal olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Bulletin of the American Meteorological Society jurnalındə yazılan məqalədə qeyd olunur.
İqlimşunaslar bildirir ki, istixana qazlarının tullantıları azaldılmasa və iqlim dəyişikliyinə səbəb olan digər amillər aradan qaldrılımasa bu proses gedəcək.
"2013-cü ildə Avstraliyada nadir hallardan biri yaşandı, çox yüksək istilər yaşandı. Bu ölkədə temperatur 50 dərəcəyə çatdı. Oktyabr ayında Avstraliyada yanğınlar oldu. Belə getsə, 2035-ci ilin yayı bütün dünyada anomal istilər olacaq”, - məqalədə qeyd olunur.
İqlimşunaslar həmçinin bildirir ki, dünyada istixana qazlarının tullantıları azaldılsa belə rekord istilərdən yaxa qurtarmaq mümkün olmayacaq. Bunun üçün iqlim dəyişikliyinə təsir edən bütün amillərdən imtina etmək lazımdır. Əks təqdirdə 10-15 ilə fəlakət baş verəcək.
İlyas Quliyev
Oxşar xəbərlər
Azərbaycanda son 44 ilin anomal hadisəsi bu il təkrarlandı
Azərbaycanın Aran rayonlarında son 44 ildə ilk dəfə olaraq, bu ilin oktyabr ayında həmin ay üçün anomal sayılan hadisə baş verib. BAKU.WS bildirir ki, Azərbayc...