Dünyada ən çox uzunömürlü insanın yaşadığı kənd (VİDEO)

İtaliyada uzunömürlülərin yaşadığı kənd aşkarlanıb.
Mütəxəssislər Aççaroli kəndində çoxlu sayda uzunömürlü insanların yaşadığını müşahidə ediblər. Kəndin əhalisi bütün xəstəliklərdən, eləcə də qocalıqla bağlı xroniki xəstəliklərdən sanki sığorta olunub.
Romanın Sapientsa Universitetinin və San-Dieqo tibb məktəbinin alimləri Aççaroli kəndində apardıqları tədqiqatın nəticələrini təqdim ediblər. Çilento sahilinin bir hissəsi olan Aççarolidə sənaye yoxdur, çünki şəhər milli park statusuna malikdir.
Məlum olub ki, kənd əhalisinin böyük hissəsi Aralıq dənizi pəhrizini saxlayır, yəni meyvə, tərəvəz, balıq və zeytun yağı ilə qidalanmağı üstün tutur. Kənddə yaşayan 1081 nəfərdən təxminən 700-nün yaşı 100-ü keçib. (Azərtac)
BAKU.WS
Oxşar xəbərlər
"Damağında siqaret, əlində fənər var" - Naməlum varlığı görən şəxs (VİDEO)
Qəribə məxluqlar kənd sakinlərini yuxusuz qoyub. Bir neçə gün öncə də məlumat verdiyimiz kimi Ağdaş rayonunun Qoşaqovaq kəndinin sakinləri təlaş içərisindədirl...
