Dünyada maraqlı Yeni İl ənənələri - 12 üzüm, çiy mərci udanlar, boşqab sındırıb, dilənənlər
Yeniliklərdən dərhal xəbərdar olun
Müxtəlif ölkələrdən olan insanlar yeni ildən gözləntilərini maraqlı formada ifadə edirlər. Yeni ili qarşılamaq ənənələri isə hər mədəniyyətə görə dəyişir.
BAKU.WS ölkələrin yeni ili qarşılayarkən yerinə yetirdiyi maraqlı ritualları və adət-ənənələri təqdim edir.
“Köhnə ilin şər ruhlarını qovmaq üçün” evlərin önündə kəndir asılan Yaponiyada yeni ilin ilk saniyələrinə qəhqəhə çəkərək daxil olurlar.
Çində evlər "keçən ilə məxsus mənfi auranı və şanssızlığı qovmaq məqsədilə" təmizlənir. Bundan əlavə, uşaqlara qırmızı zərflərdə pul paylanır ki, “bu onlara şans gətirsin”.
İsveçrəlilər yeni ili yaxşı ruhları təmsil etdiyinə inandıqları kostyumlar geyinərək qarşılayırlar.
Hollandiyada "keçən ilin pis ruhlarını qovmaq, yeni ilə dinc və xoşbəxt bir şəkildə daxil olmaq üçün" yolkalar küçədə yandırılır.
Çilidə gecə yarısı bir qaşıq mərci yeyənlər yeni ildə məhsuldar bir iş həyatı yaşayacaqlarına inanırlar.
Cənubi Afrikada “uğur gətirmək üçün” köhnə ev əşyaları pəncərədən atılır və yeni ilə yeni əşyalarla girilir.
Belarusda subay qızların qarşısına qarğıdalı qoyulur, ortada isə xoruz dayanır. Hesab olunur ki, kim xoruzdan əvvəl qarğıdalı yeyirsə, digərlərindən əvvəl evlənəcək.
İspaniyada saat 00.00-da 12 üzüm udulur, yeni il üçün arzu edilir.
Danimarkada köhnə boşqabları qapının ağzında sındıraraq, uğursuzluqdan uzaqlaşmaq üçün yalvarırlar.
Rumıniyada ayı dərisi geymiş insanlar küçələrdə gəzir və rəqs edirlər. Onlar bunun pis ruhları uzaqlaşdırdığına inanırlar.
Oxşar xəbərlər
Günün ulduz falı - 14 sentyabr
Qoç - günün ilk yarısı fəaliyyət sahəsini seçməyə imkan verir. İşgüzar prosesə kənardan müdaxilələrə imkan verməyin. İşlərinizə qarışmaq istəyən insan sizə ziya...