Dərmanla arıqlamaq istədi - Daha da kökəldi - VİDEO
Bakı sakini Sevinc Məmmədovanın başına iş gəlib.
İnternetdə arıqlamaq üçün sifariş verdiyi dərman orqanizmində ciddi fəsadlar yaradıb. Vətəndaşın sözlərinə görə, dərman toz şəkilli olub və gündə 3 dəfə su ilə həll olunaraq qəbul edilib. Qadın bundan sonra güclü ağrılarla üzləşib. Həkimə müraciət edəndə isə ciddi problemlərin baş verdiyini öyrənib.
Bundan sonra həmin şirkətlə nə qədər əlaqə saxlamağa cəhd etsə də baş tutmayıb. Firma tərəfindən onun nə zənginə, nə də müraciətinə baxan olub.
Mütəxəssislər belə vəziyyətdə diqqətli olmağı məsləhət görür. Çünki qeyri-dəqiq diaqnoz və müalicə, habelə dərman preparatı xoşagəlməz nəticəyə səbəb ola bilər.
BAKU.WS xezerxeber.az-ın mövzu ilə bağlı videomaterialını təqdim edir:
BAKU.WS
Oxşar xəbərlər
Sosial şəbəkədə dostu pul istədi və... - VİDEO
Dostunun saxta profilindən yazaraq pul lazım olduğunu dedilər. O isə inanaraq bank kartını kodunu həmin şəxsə göndərib. Ancaq sonra başa düşüb ki, onu aldadıb 2...