Dənizdəki qəza ilə bağlı telekanallar əyləncəli verilişlərin yayımını dayandırdı
"Xəzər dənizində baş vermiş qəza ilə əlaqədar hazırda telekanalların proqram səbətindən əyləncəli verilişlər çıxarılıb”.
BAKU.WS xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib. Aparat rəhbəri qeyd edib ki, MTRŞ və telekanallarda bu cür hadisələrə həssaslıqla yanaşılır.
Qeyd edək ki, dekabrın 15-i Xəzər "Azneft” İB-nin N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi dənizə uçub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Nəticədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10 nəfər işçisi itkin düşüb.
BAKU.WS
Oxşar xəbərlər
Zaurun verilişi itkin düşən neftçilərimizə görə təxirə salındı
Zaur Kamalın aparıcılığında Xəzər TV-də yayımlanan "5/5" verilişinin bu günkü buraxılışı təxirə salınıb. BAKU.WS xəbər verir ki, bu haqda məlumatı "Facebook” p...