İdman həqiqətən cavanlaşdırırmı?
Yeniliklərdən dərhal xəbərdar olun
Mütəmadi idmanın gücü təsirli olur: əzələləri möhkəmləndirir, xroniki xəstəliklərin qarşısını alır və bədən quruluşunu yaxşılaşdırır.
Fiziki aktivliyin diqqətəlayiq daha bir faydası da var. Mütəxəssislərin sözlərinə görə, hətta orta miqdarda məşqlər sizi cavanlaşdırır.
Əlbəttə ki, yaşınızı dəyişdirə bilməyəcəksiniz, ancaq özünüzü həm sağlam hiss edəcək, həm də cavan görünəcəksiniz.
BAKU.WS “publika.az”a istinadən arıqlamaq istəyən oxucuları idmanın əsas üstünlükləri ilə tanış edir.
Dəri vəziyyətini yaxşılaşdırır
Ontariodakı MakMaster Universitetinin tədqiqatçıları 20-84 yaş arasındakı kiçik bir qrup üzərində idmanın təsirləri barədə araşdırma aparıb.
Məlum olub ki, tez-tez idman edən 40 yaşdan yuxarı insanların dərisi 20-30 yaşdakı qədər yumşaq və elastik olur.
Tədqiqatçılar idmanın bədəndə dərinin qocalma prosesini ləngidən maddələr yaratdığını söyləyiblər. Alimlər hesab edir ki, idmanın dəri tərkibini necə dəyişdirdiyini öyrənmək üçün daha çox araşdırma aparmaq lazımdır.
Oxşar xəbərlər
Azərbaycanlı alim: “Ölümün və xərçəngin qarşısını alacağıq”
Mükəmməl təhsil almaq, elmdə öz yerini qazanmaq və insanlığa töhfə vermək üçün Allahverdi Şahverənov da Azərbaycanda orta və ali təhsil aldıqdan sonra uzaq Çinə...