Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdü bərpa olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın təqaüdü bərpa olunub.
Bu barədə BAKU.WS-in bölgə müxbirinə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) onunla əlaqə saxlanılıb.
“Səhər saatlarında nazirlikdən mənimlə əlaqə saxlanıldı. Mənə bildirildi ki, məsələ ilə bağlı nazir Sahil Babayevin göstərişi var.
Göstərişə əsasən, anamın təqaüdü hansı aydan kəsilibsə, o aylarda ödənilməklə bərpa olunsun", - deyə K.Əsgərov bildirib.
Məlumat üçün qeyd edək ki, Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova ikinci qrup əlillik dərəcəsi ilə təqaüd alırdı. Onun təqaüdü 2 ay öncə kəsilmişdi.
Oxşar xəbərlər
Azərbaycanlı alim: “Ölümün və xərçəngin qarşısını alacağıq”
Mükəmməl təhsil almaq, elmdə öz yerini qazanmaq və insanlığa töhfə vermək üçün Allahverdi Şahverənov da Azərbaycanda orta və ali təhsil aldıqdan sonra uzaq Çinə...