Dilarədən etiraf: "Sevdadan sonra mən də instaqram mesajlarına diqqətlə baxacam" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Avroviziya təmsilçilərimizdən olan Dilarə Kazımova şəxsi həyatı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "Şourum" verilişinə danışan sənətçi sosial şəbəkədə çoxsaylı bəylərdən sevgi etirafı aldığını bildirib. Bununla da Dilarə həyat yoldaşı Zakir Bayramovla instaqramda tanış olduğu deyilən Sevda Yahyayevaya eyham vurub.
Dilarə iş adamı olan bəylə ailə həyatı qurmaq istəyini də gizlətməyib:
"Fikrimcə, ailədə bir nəfər sənətçi olmalıdır. Mən musiqimlə məşğul olanda o da öz işi ilə maraqlansın. Mənə sosial şəbəkələrdən çox sevgi etirafı yazırlar. Hamısına cavab verməsəm də, bütün yazanlara təşəkkür edirəm. Sevdadan sonra fikirləşdim ki, mən də artıq instaqram mesajlarımı daha da ciddi oxuyacam".
Ətraflı videoda:
Oxşar xəbərlər
Məşhurların Avroviziya şərhi: “Həmin gün Samirənin günü deyildi”
Bu il Niderlandın Rotterdam şəhərində keçirilən 65-ci “Avroviziya” Mahnı Müsabiqəsində təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə 65 xal qazanaraq 20-ci...