Dilarə Kazımovadan kartlarla FƏRQLİ FOTOSESSİYA
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur müğənni Dilarə Kazımova yenə diqqətləri üzərinə çəkməyi bacarıb.
BAKU.WS xəbər verir ki, sənətçi dünyanın müxtəlif ölkələrində qeyd olunan Hellouin ("Halloween") bayramına həsr olunmuş yeni fotosessiya ilə səs-küy yaradıb.
Pop ulduz kart oyunun motivlərinin əks olunduğu kraliça obrazı təqdim edib.
Korsetləri sevdiyini deyən Dilarə bu dəfə də öz şəkili çap olunmuş korset, oyun kartlarından hazırlanan ətək və başına tac qoyaraq kamera qarşısına keçib.
Estrada ulduzun saçı və qrimi üzərində isə Murad Sultan çalışıb.
Korset və ətək yerli modelyer Samirə İsmayılova tərəfindən hazırlanıb.
Fotoları Kamran Novruz lentə alıb.
D.Kazımovanın görüntüləri sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Qalereya
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...