Dilarə Əliyevanın təsirli çıxışı: "Hər bir uğurun səbəbi pul, imkan olsa da..." - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Mən bu gün bizdən danışmaq istəyirəm. Bizdə hər şey var: idmançılarımız, yaradıcılarımız, qırıcılarımız heç kimdən geri qalmır, üstündür. Üstün olmayan ancaq münasibətdir. Münasibətdə qiymət verməyə ya ləngiyirik, ya da qiymət vermirik. Hər bir uğurun səbəbi pul, imkan olsa da, bunun əsası motivasiya, ruh yüksəkliyidir".
BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva deyib. Aktrisa aparıcısı olduğu "Söhbət var" proqramında təsirli çıxışı ilə diqqət çəkib. O, insanları bir-birinə dəyər verməyə və dəstək olmağa səsləyib:
"Dağın yanında olanda başındakı qarı görə bilməzsən. Dağdan uzaqlaşanda o zaman zirvədəkini görə bilərsən. Niyə xaricdə gedib uğur qazanandan sonra həmin adamlara fikirlərimiz dəyişir. Gəlin, küsdürməyək, barışaq, itələməyək, yaxınlaşaq, təslim olmayaq, savaşaq... Qadınları yalnız 8 martda təbrik etməyək, küsülüləri Novruz bayramında təbrik etməyək, üzr istəyəndən sonra bağışlamayaq, yalnız səhnədə olanları alıqşlamayaq: pərdə arxasında olanlar var".
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...